Kiyevdə qumbaranın partlaması nəticəsində bir nəfər xəsarət alıb. Bu barədə Ukrayna paytaxtının polisi məlumat yayıb.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, partlayış bazar ertəsi gecə Kiyevin şimal-qərbindəki Prireçnaya küçəsində baş verib.
"Mənzildə qumbara partladılıb. 41 yaşlı kişi (mənzilin sahibi) xəstəxanaya yerləşdirilib. Sursatın mənşəyi müəyyənləşdirilir", - polisin açıqlamasında deyilir.
Bundan əvvəl Mash Telegram kanalı Voronej vilayətinin Liski rayonunda şəxsi evdə qumbaranın partlaması nəticəsində 4 nəfərin yaralandığını bildirmişdi. Yaralılardan birini xilas etmək mümkün olmayıb.
Tural