AZ

Ələt Azad İqtisadi Zonasında ağır sənaye məhsulları ərazisinin inşası üzrə işlərə başlanılıb - Valeh Ələsgərov

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) müvafiq işlər görülməkdədir.1-ci 60 hektar ərazi 2023-cü ilin iyun ayında rəsmi olaraqinvestorlar üçün açılıb. Burada investorlar üçün müvafiqinfrastruktur qurulub.

Trend xəbərverir ki, bu sözləri Ələt Azad İqtisadi Zonasının (ƏAİZ)Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bu günHeydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıq sənayesi:dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, artıq demək olar ki, 60 hektarlıq ərazidə boş yerqalmayıb: “Ağır sənaye üçün isə 364 hektarda inşaat işlərinəbaşlamışıq. Ələt-Azad İqtisadi Zonasının Qanunvericiliyinihazırlayanda bir sıra ölkələrin təcrübəsini nəzərə almışıq. Beləki, İrlandiya, Sinqapur, Çin kimi ölkələrin paytaxtlarında həyatakeçirilən Azad İqtisadi Zonaların təcrübəsinə əsaslanmışıq. Buqanunvericiliklə Ələt Azad İqtisadi Zonalar eksterritorial ərazisayılır. Azad İqtisadi Zonaların idarəedici orqanı müstəqil birqurumdur. Bu o deməkdir ki, bürokratik maneələr olmadan, bizimmaraqlarımıza və tələblərimizə uyğun investorlar üçün şəraityaradılır”.

V. Ələsgərovun sözlərinə görə, ikinci önəmli məsələ isə vergigüzəştləri və gömrük keçid prosedurlarının sadələşdirilməsidir: "Buiqtisadi zonanın gömrük keçid məntəqəsi də azaldılmış prosedurlartəqdim edir. Burada fəaliyyət göstərən səlahiyyətli qurumlarınəməkdaşları bizim təsdiq etdiyimiz qaydalara uyğun olaraqəməliyyatlar həyata keçirirlər.

Qeyd etdiyim kimi, biz ƏAİZ-ə iтvestorları cəlb etmək üçünmüvafiq addımlar atırıq. Bəs hansı investorlar cəlb edilir? Buradaəsas prioritet yüksək əlavə dəyərli, ixracyönümlü istehsalfəaliyyəti ilə məşğul olan investorlar üçündür.

İxracyönümlü istehsal o deməkdir ki, istehsal olunan məhsulun ənazı 75%-i ixrac edilməlidir. Bunu biz icad etməmişik – bu,İrlandiya, Sinqapur və digər ölkələrin təcrübəsinə əsaslanır. Əkshalda, başqa ölkələrin təcrübəsi göstərir ki, yüzlərlə kiçikmüəssisə yaradılır və Azad İqtisadi Zonanın üstünlüklərindənistifadə edərək, əsas iqtisadiyyatda fəaliyyət göstərən şirkətlərəproblemlər yaradırlar".

"Bu səbəbdən biz investor seçimində bu tələbləri önə çəkirik.İnvestorlar seçilərkən keyfiyyət, təhlükəsizlik və ətraf mühitinqorunması məsələlərinə xüsusi diqqət yetirilir. Ətraf mühitinqorunması məsələsində Avropa İttifaqının standartlarına uyğun işlərgörülür", - ƏAİZ rəsmisi vurğulayıb.

"Bundan başqa, bu gün Ələt Azad İqtisadi Zonasında artıq havalimanı inşa edilir. Əvvəlcədən nəzərdə tutulmuşdu ki, bu yük havalimanı olacaq. Ancaq indi qərara gəlinib ki, bu, beynəlxalq havalimanı olacaq. Niyə bunu qeyd edirəm? Çünki bu, investorlar üçün dəəhəmiyyətlidir. Bildiyiniz kimi, Ələt-Azad İqtisadi ZonasıBeynəlxalq Nəqliyyat Dəhlizlərinin kəsişməsində yerləşir. Havalimanının tikintisi başa çatdıqdan sonra investorlarımız üçün bütünnəqliyyat-logistika məsələlərinin həlli çox sadə və əlverişliolacaq.

Bununla yanaşı, Ələt-Azad İqtisadi Zonasının ərazisindəNəqliyyat-Logistika Mərkəzi də fəaliyyət göstərir və artıq bu günbizim investorlar üçün lazımi xidmətləri göstərir. Mənim sizinləgörüşümün məqsədi də ondan ibarətdir ki, Azərbaycanda bufəaliyyətlə məşğul olan, hal-hazırda fəaliyyət göstərən yerli vəxarici iş adamlarını bu təşəbbüsə qoşulmaq üçün Ələt-Azad İqtisadiZonasına dəvət edim.

Çünki Azərbaycanda əczaçılıq məhsullarının istehsalını təminetmək lazımdır. Müraciətlər çoxdur, lakin gərək qablaşdırma ilə dəməşğul olaq. Qablaşdırmanın müddəti uzun olmur. Ona görə də butəşəbbüsü də nəzərdən keçirmək lazımdır”, - deyə V. Ələsgərov qeydedib.

Seçilən
0
1
az.trend.az

2Mənbələr