AZ

Xocalının Ballıca kəndi içməli su ilə necə təmin edilir? - AÇIQLAMA

Bakı. Trend:

Xocalı rayonunun Ballıca kəndində 172 ailənin, yəni 811 nəfərindaimi məskunlaşması təmin olunub.

Bəs Ballıca kəndinin əhalisi içməli su ilə necətəmin edilir?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Trend-in sorğusuna cavabolaraq bildiriblər ki, Ballıca kəndindən 12 km aralıda Ballıcaçayının üzərində suqəbuledici qurğu inşa edilib.

"Qurğudan içməli su kəndin ərazisində olan 2 ədəd su anbarınaötürülür və özüaxımı ilə əhaliyə çatdırılır. Əhali 24 saatkeyfiyyətli içməli su ilə təmin olunur", - deyə qurumdan məlumatverilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40mindən çox insan yaşayır.

Məqalədə:
Seçilən
0
3
az.trend.az

4Mənbələr