AZ

İki qonşu ölkə əməkdaşlığın daha da dərinləşməsinə səy göstərir- ÖZƏL

"Azərbaycan-İran münasibətləri artıq yeni mərhələyə qədəm qoyur. Tarixi, mədəni və dini bağlarla bir-birinə bağlı olan bu iki qonşu ölkə qarşılıqlı hörmət, mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsipləri əsasında əməkdaşlığını daha da dərinləşdirilməsinə səy göstərirlər". 
"Olaylar" xəbər verir ki, bunu YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev deyib: "İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfəri zamanı vurğuladı ki, bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün yolları birləşdirək, maliyyə, ticarət əlaqələrimizi düzəldək, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərini yaradaq. Bütün bunları qarşılıqlı dəstək sayəsində həyata keçirək. İş adamlarımız birgə istehsal proseslərini həyata keçirsinlər, birgə sərmayələr yatırsınlar, işlər qursunlar. Biz istehsal, elm, mədəniyyət, iqtisadiyyat, siyasət sahələrində birgə hərəkət etməli, digərlərinə bunları pozmağa imkan verməməliyik. Onlar aramızda ixtilaf yaratmaq istəsələr, buna yol verməyəcəyik. Bizim aramızda bizi birləşdirən çoxlu ortaq amillər, hətta ailə, qohumluq əlaqələrimiz var. Bu, elə bir məsələdir ki, heç kəs bunları poza bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr