AZ

Ölümə tələsən piyadalar… – Anbaan video

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyada ölümləri və ağır yaralanmaları ilə nəticələnən qəzaların görüntülərini paylaşıb.

Tribunainfo.az xəbər verir ki, DİN rəsmisi Elşad Hacıyev bu qəzalarla bağlı bildirib ki, “piyada haqlıdır, keçid hüququ var” ifadəsi mifdir. Keçid olduğu halda piyadanın yolu keçmə hüququ yaranır. Yoxdursa, piyadanın məsuliyyəti yaranır:

“Yolda ölümə tələsənlər, yaxud keçid olmayan yerdə yol keçmək? Məsuliyyətsizlikdir, səhlənkarlıqdır. Əlbəttə, bu məsuliyyətsizlik öldürür, şikəst edir, başqalarını məhrumiyyətə düçar edir. Piyada yol ayrıcında yol hərəkəti və yol nişanlarına məhəl qoymadıqda, avtomobil yoluna daxil olduqda, hərəkət axınını pozduqda, işarələnmiş piyada keçidlərindən istifadə etmədikdə, hərəkətdə olan nəqliyyat vasitəsinin önünə çıxdıqda faciə baş verir”.

Nigar İxtiyarqızı

Seçilən
0
tribunainfo.az

1Mənbələr