AZ

Apteklərdə Monitorinqlər Gücləndirilib: Nöqsanlar Aşkarlanıb

Apteklərdə

[b]Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) aprel ayında ölkə üzrə apteklərdə genişmiqyaslı monitorinqlər aparıb. [/b]Bakı şəhərində 13, digər şəhər və rayonlarda isə 45 olmaqla ümumilikdə 58 aptekdə yoxlama həyata keçirilib. Bu yoxlamalardan 56-sı planlı, biri plandankənar, digəri isə nəzarətdən kənar şəkildə aparılıb.Nəticədə, 20 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və bu pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib olunub. AEM-in məlumatına görə, monitorinqlərin məqsədi əczaçılıq fəaliyyətində şəffaflığın və qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsidir. Təftişlərin mütəmadi şəkildə davam etdirilməsi planlaşdırılır.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Hava Proqnozu 5 May 2025

Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO

Selçuk Bayraktar: “TEKNOFEST bir millətin oyanış hekayəsidir"

Seçilən
0
ulusum.az

1Mənbələr