AZ

Hökməli qəsəbəsində əczaçılıq zavodu açıqlacaq

Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində “Scandens Pharmaceutical İndustries LTD” MMC tərəfindən daha bir əczaçılıq zavodu inşa olunub və fəaliyyətə başlaması planlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

O qeyd edib ki, Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş İsrailin “BioPharmax” şirkətinin istehsal binalarının tikintisi istiqamətində işlər davam etdirilir.

“Burada 50 adda tibbi məhsul, ilk növbədə insulin istehsalı nəzərdə tutulur. İqtisadiyyatımızın diversifikasiyası baxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonası da mərhələli şəkildə investorların istifadəsinə verilir. Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər bura olan marağı artırır. Artıq uzun müddətdir ki, Azərbaycanın əczaçılıq sektorunda fəaliyyət göstərən Türkiyənin “Nobel İlaç Sanayi ve Ticaret Anonim Şirkəti” tərəfindən ölkəmizdə dərman zavodunun qurulması istiqamətində müzakirələr aparılır və hesab edirik ki, sözügedən şirkətin əczaçılıq sektoruna investisiyaları bu sahədə inkişafa öz töhfəsini verəcək”, - deyə nazir müavini vurğulayıb.

E.Əliyevin sözlərinə görə, görülən işlər nəticəsində Azərbaycanın əczaçılıq sektorunda son illər irəliləyiş müşahidə edilməkdədir: “Belə ki, 2024-cü ildə 20 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu, əvvəlki ilə nisbətən 81,5 faiz artım deməkdir. O cümlədən, bu sektorda 2024-cü ildə 9 milyon manatlıq dərman istehsal edilib ki, bununla da əvvəlki ilə nisbətən 4 faiz artım qeydə alınıb. Sahibkarların fəaliyyətinin dəstəklənməsi üçün tətbiq olunan mexanizmlərdən biri də investisiya təşviqi mexanizmidir. Bu mexanizm vergi və gömrük güzəştlərini nəzərdə tutur. Bu sahədə yerli istehsalın təşviqi məqsədilə ümumi dəyəri 50 milyon manat olan 2 layihəyə investisiya təşviqi sənədi verilib. Ötən dövr ərzində sözügedən layihələr üzrə 16 milyon manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal olunmuş və sahibkarlara idxal üzrə 4 milyon manat dəyərində ƏDV və gömrük rüsumundan azadolma tətbiq olunub”.

Seçilən
0
5
xezerxeber.az

6Mənbələr