Milan. Trend:
İtaliyanın Milan şəhərində Asiya İnkişaf Bankının İdarə heyətişurasının açılış mərasimi başlayıb. Mərasimlə bankı 58-ci illikiclası rəsmi olaraq start götürüb.
Trend xəbər verirki, bu gün eyni zamanda idarə heyətinin işgüzar sessiyasıkeçiriləcək. Sessiyada maliyyə hesabatları, AİB-nin illik hesabatınnəzərdən keçiriləcək və təsdiqlənəcək, qətnamələ qəbul olunacaq,eləcə də iştirakçı-ölkələrin müraciətli ucadan oxunacaq. Proqramdaeyni zamanda AİB seminarları və İtaliyanın iqtisadiyyat və maliyyənazirliyi tərəfindən təşkil olunmuş tədbir nəzərdə tutulub.
Qeyd edək ki, 58-ci illik iclas "Allianz MiCo - MilanoConvention Centre" konqres mərkəzində keçirilir.
Bu dəfəki görüşün mövzusu “Təcrübə mübadiləsi, sabahınqurulması” olaraq müəyyənləşdirilib. AİB-in illik görüşünə ilkdəfədir ki, İtaliya ev sahibliyi edir. Tədbirdə AİB-ə üzv ölkələrinmaliyyə nazirləri və mərkəzi bank rəhbərləri, beynəlxalqtəşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin və mediaqurumlarının nümayəndələri iştirak edirlər.
AİB-in İdarəçilər Şurasının illik görüşləri bankın inzibati,maliyyə və əməliyyat fəaliyyətinin strateji istiqamətlərininmüəyyənləşdirilməsi üçün bir platforma rolunu oynayır. Bu görüşlər,həmçinin üzv ölkələrin AİB əməkdaşları, qeyri-hökumət təşkilatları,media, müşahidəçi ölkələr, beynəlxalq təşkilatlar, akademikdairələr və özəl sektor nümayəndələri ilə qarşılıqlı fikirmübadiləsi aparmaları üçün imkan yaradır.