AZ

"İnter" - "Barselona" oyununu bu hakim idarə edəcək

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "İnter" - "Barselona" cavab oyununa baş hakim təyinatını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. 

Qarşılaşmanı polşalı hakim Şimon Marçiniakın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. VAR sisteminin işi Hollandiya təmsilçisi Dennis Haqlerə həvalə olunub.

"İnter" - "Barselona" oyunu mayın 6-da Milanın "Cüzeppe Meatsa" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. 

Xatırladaq ki, komandalar arasında ilk görüş 3:3 hesablı bərabərliklə başa çatıb.

Ağarza Elçinoğlu 

Seçilən
0
18
unikal.az

10Mənbələr