AZ

Böyük həcmli bizneslərə illik 5%-dən başlayan faizlə maliyyə dəstəyi

"Bank Avrasiya" ASC iri həcmli biznes layihələrinin maliyyələşdirilməsi üçün makro biznes kreditləri təqdim edir.

Finss.az xəbər verir ki, bank 100.000 AZN-dən başlayaraq 250.000 AZN-dək məbləğdə kreditləri illik 12%-dən başlayan faiz dərəcəsi ilə təklif edir. Kreditin maksimal müddəti 60 aya qədərdir.

Şərtlərə əsasən, kreditlər yalnız manat (AZN) və ABŞ dolları (USD) ilə təqdim olunur. Manatla kreditlər üçün illik faiz dərəcəsi 12%-16%, dollarla isə 5%-7% təşkil edir. Kreditin verilməsi və nağdlaşdırılması zamanı 0.5% komissiya tətbiq edilir.

Kreditə müraciət üçün şəxsiyyət vəsiqəsi, VÖEN, əmlaka dair çıxarış və biznes təhlili (memorandum) tələb olunur.

Bank, iri biznes subyektlərinə geniş maliyyə dəstəyi göstərərək onların inkişafına töhfə verməyi hədəfləyir.

Ətraflı məlumat üçün keçid: //bankavrasiya.az/business/loans-1/marko-biznes/

Fuad Mədətov
Finss.az

Seçilən
0
fins.az

1Mənbələr