AZ

Ankarada FETÖ-ya qarşı əməliyyat keçirilib

BAKI, TurkicWorld

Ankarada FETÖ-yə qarşı keçirilən əməliyyatda 33 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində FETÖ-nün “sözdə təhlükəsizlik işçiləri”nə qarşı keçirilən əməliyyatda həbs qərarı çıxarılan 38 nəfərdən 33-ü saxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, Terror Cinayətləri İstintaq Bürosunun apardığı araşdırma nəticəsində Təhlükəsizlik Baş İdarəsinə sızdığı müəyyən edilən FETÖ/PDY üzvləri ilə bağlı hüquqi prosedur başladılıb. Saxlanılan şəxslərin 20-sinin hazırda müxtəlif dövlət qurum və təşkilatlarında vəzifədə olan dövlət qulluqçuları olduğu bildirilib.

Eyni vaxtda keçirilən əməliyyat zamanı şübhəlilərin böyük əksəriyyəti tutulsa da, bəzi şəxslər ünvanlarında tapılmayıb. Onların axtarışı Ankara Polis İdarəsi tərəfindən davam etdirilir.

İstintaq çərçivəsində müəyyən edilib ki, şübhəlilər Mühafizə Baş İdarəsində təşkilatlanmağa, yeni kadrlar qazanmağa çalışıb, işçiləri təşkilati sistemə uyğun kodlaşdıraraq onların sadiqliyini izləyiblər.

Seçilən
0
turkic.world

1Mənbələr