Moskvada General Tyulenev küçəsindəki yaşayış binasında baş verən partlayış nəticəsində həlak olanların sayı üçə çatıb.
“Report” xəbər verir ki, bu barədə TASS-a operativ xidmətlərdən məlumat verilib.
"Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər həlak olub. Bütün həlak olanlar partlayışın baş verdiyi mənzildə olublar", - mənbə bildirib.
İlkin məlumata görə, partlayışın səbəbi məişət qazının sızması olub.