AZ

Haker istifadəçi məlumatlarını ələ keçirdilər– ÖZƏL

Olaylar.az xəbər verir ki, 404 Media-nın məlumatına görə, naməlum haker İsrail şirkəti TeleMessage-in müştəri məlumatlarına müdaxilə edib. Şirkət ABŞ hakimiyyət orqanlarına Signal və digər məşhur mesajlaşma proqramlarının modifikasiya olunmuş versiyalarını təqdim edir. Sızma nəticəsində bəzi şəxsi və qrup mesajlarının məzmunu internetə ötürülüb. Söhbət dəyişdirilmiş Signal, Telegram, WeChat və WhatsApp tətbiqlərindən gedir.

Məlumata əsasən, TeleMessage tətbiqləri ABŞ-ın yüksək vəzifəli məmurlarının mesajlarının arxivləşdirilməsində də istifadə olunur, lakin haker bu məlumatlara çıxış əldə edə bilməyib. O, əsasən ABŞ Gömrük və Sərhəd Xidməti, Coinbase və digər maliyyə qurumlarına dair məlumatları oğurlaya bilib. Haker iddia edir ki, sistemi asanlıqla sındırmaq mümkün olub.

Xatırladaq ki, mart ayında Signal tətbiqi ilə bağlı ABŞ-da qalmaqal yaşanmışdı - jurnalist Ceffri Qoldberq təsadüfən yüksək vəzifəli şəxslərin Yaxın Şərqdəki hərbi əməliyyatları müzakirə etdiyi chata əlavə olunduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr