AZ

İspaniyada kabellər oğurlandı: 10 min sərnişin yolda qaldı

Bakı. Trend:

İspaniyada sürətli qatar xəttinin kabellərinin oğurlanmasısəbəbilə qatarların gediş-gəlişində ciddi gecikmələr müşahidəolunur. Sərnişindaşımada yaranmış böhranlı vəziyyətlə əlaqədar onmindən çox insan yolda qalıb.

Trend xəbər verirki, bu barədə İspaniyanın dəmir yolları operatoru “Renfe”şirkətinin sədri Alvaro Fernandes öz “X” səhifəsində məlumatpaylaşıb.

“Ümumilikdə kabellərin oğurlanması 30 qatara, 10,7 min sərnişinətəsir edib”, - məlumatda qeyd olunur.

Qeyd edilir ki, kabel oğurluğu ilə bağlı insident Madrid vəSeviliyanı birləşdirən xəttin dörd müxtəlif yerində baş verib.Yerli hüquq-mühafizə orqanları artıq hadisə ilə bağlı araşdırmayabaşlayıb.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr