AZ

Ötən həftə Azərbaycanın maliyyə sektorunda nə baş verib? - HƏFTƏLİK İCMAL

Bakı. Trend:

Ötən həftə açıqlanan məlumata görə, bu ilin ilk rübündəAzərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 54,9milyard manat təşkil edib.

Trend xəbərverir ki, dövriyyədə olan ödəniş kartlarının sayı 20milyon 460 min ədəd olub.

Belə ki, bu ilin aprelin 1-nə Azərbaycan manatının xaricivalyutalara nisbətən nominal effektiv məzənnəsi 105,9 bənd təşkiledib. Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti3,36 bənd olub. Azərbaycanda geniş mənada pulkütləsinin (M3 aqreqatı) həcmi 46,7 milyard manat təşkiledib. Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarınınhəcmi 10,4 milyon manata, Qarabağ iqtisadi rayonu üzrə isə kreditqoyuluşlarının həcmi 481,3 milyon manata bərabərolub.

Ötən həftə məlum olub ki, cari ilin birinci rübündə Azərbaycandafəaliyyət göstərən banklar kredit faizlərindən 897,8 milyon manatgəlir əldə edib. Həmçinin, bankların faiz gəlirlərininhəcmi 1,134 milyard manatolub. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən banklarınqiymətli kağızları üzrə faiz gəlirlərinin həcmi 132,5 milyonmanat olub. Eyni dövrdə Azərbaycanda fəaliyyətgöstərən banklar tərəfindən 61,7 milyon manat mənfəətvergisi ödənilib.

Açıqlanan məlumatlara görə, son bir ildə Azərbaycan bankları 1,5milyard manata yaxın istehlak krediti verib. Təkcə ötən ay banklar 150milyon manatdan çox bizneskrediti verib. Ötən ay banklar tərəfindən verilmiş ipotekakreditlərinin həcmi 67 milyon manat təşkiledib.

Azərbaycan Mərkəzi Bankı (AMB) “Finoko” BOKT-a icrası məcburi göstəriş verib. AMBtərəfindən “Sevinc” Kredit ittifaqı MMC-yə icrası məcburigöstəriş verilib. Mərkəzi Bank “MeqaSığorta”nın vəzifəli şəxslərini və “GL”ASC-ni və onun vəzifəli şəxsini cərimələyib

Ötən həftə məlum olan məlumata görə, bu ilin aprelin 1-nəAzərbaycanda fəaliyyət göstərən banklar tərəfindən nəqliyyat sektoruna verilmiş biznes kreditlərininhəcmi 1,478 milyard manata çatıb. Sənayesektoruna verilən biznes kreditləri 2,6 milyard manatı ötüb.Tikinti sektoruna verilmiş biznes kreditlərinin həcmi1,457 milyard manat olub.

Martda kiçik sahibkarlıq subyektlərinə 42 milyonmanat, mikrosahibkarlığa 64 milyon manat kredit verilib. Sonbir ildə orta sahibkarlığa 254 milyon manat kreditverilib.

Bu ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycandarezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödənişkartları) emissiya etdiyi “Visa” kartları vasitəsilə əməliyyatların sayı 95,4milyon ədəd, əməliyyatların həcmi 5,5 milyard manat, "MasterCard" kartları vasitəsilə əməliyyatların sayı64,9 milyon ədəd, əməliyyatların həcmi 4,4 milyard manat, "American Express” kartları vasitəsilə əməliyyatlarınsayı 6,6 min ədəd, əməliyyatların həcmi 0,6 milyon manat, “UnionPay” kartları vasitəsilə əməliyyatların sayı 200ədəd, əməliyyatların həcmi isə 40 min manat, lokalkartlar vasitəsilə əməliyyatların sayı 43,9 min ədəd,əməliyyatların həcmi isə 43,26 milyon manat olub.

Bu ilin mart ayında Azərbaycanda banklardan xaricə göndərilənvəsaitin həcmi 37 milyon manatolub. xaricdən banklara sürətli pul köçürmə sistemlərivasitəsilə 111,5 milyon manat vəsait daxilolub.

Mayın 1-nə olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB)valyuta ehtiyatları 11,062 milyard ABŞ dolları təşkiledib.

Məqalədə:
Seçilən
0
1
az.trend.az

2Mənbələr