AFFA-nın təşkil etdiyi Region Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, yarışın favoritlərindən sayılan "Şirvan" evdə böyükhesablı qələbəyə sevinib. "Göyəzən" və "Ağstafa Gəncləri" də doğma meydanda qalib gəliblər. İddialı "Xankəndi" isə "Çinar Zəngilan"ı "ASCO Arena"da üstələyib. 

Region Liqası, 1/4 final, ilk oyunlar

"Şirvan" - "Marafon" 5:2

"Göyəzən" - "Record Club" 4:2

"Çinar Zəngilan" - "Xankəndi" 0:2

"Ağstafa Gəncləri" - "Naftalan" 1:0

Bombardirlər: Cavid Nəcizadə ("Şirvan OİK"), Nurlan Dadaşov ("Dirçəliş") – 19; Vüqar Əşrəfli ("Marafon") – 15; Eltun Hüseynov ("Çinar Zəngilan") – 14; İlkin Mikayılov ("Çinar Zəngilan") – 13 qol.