Bakı. Trend:
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı tərəfindənAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ali təhsilmüəssisəsi olan Azərbaycan Əmək və Sosial MünasibətlərAkademiyasında ixtisasartırma və yenidən hazırlanma kurslarıçərçivəsində “Əmək sahəsində gender bərabərliyinin hüquqi əsaslarıvə dayanıqlı inkişaf” mövzusunda təlim keçirilib.
Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının üzvlərinin iştirak etdiyi təlimdə OmbudsmanAparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsininmüdiri Lamiyə Zeynalova təqdimatla çıxış edərək Ombudsmantərəfindən qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinintəmin edilməsi, təbliği və təşviqi, gender əsaslı və məişətzorakılığının qarşısının alınması, ayrı-seçkiliklə mübarizə vədigər sahələrdə həyata keçirilən fəaliyyət barədə məlumatverib.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçılarımaraqlandıran suallar cavablandırılıb. Həmçinin təlimiştirakçılarına Ombudsman Aparatının hüquqi maarifləndiricinəşrləri təqdim olunub.