“Avroviziya 2025” mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub.
OLAY yazır ki, gecəni şərh edən televiziya və radio aparıcısı Ağa Nadirov və yerli ifaçılardan biri olacaq.
Qeyd edək ki, 69-cu Avroviziya mahnı müsabiqəsi 13, 15 və 17 may tarixlərində saat 23:00-dan etibarən İctimai Televiziyada birbaşa yayımlanacaq.
Azərbaycan müsabiqənin ilk yarımfinalında 10 nömrə altında çıxış edəcək. Ölkəmizi “Mamaqama” qrupu təmsil edir.