AZ

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirildi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə mayın 4-də Mingəçevir şəhərində ölkəmizdəki Heydər Əliyev mərkəzlərinin respublika müşavirəsi keçirilib.\

Publika.az xəbər verir ki, müşavirə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
Tədbirdən öncə Ümummilli liderin şəhərin mərkəzindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Sonra müşavirə iştirakçıları və qonaqlar Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı fotosərgi və Ulu öndərə həsr edilən kitablardan ibarət ekspozisiya stendləri ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılışda çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu öndərin zəngin dövlətçilik irsindən söz açıb, dahi siyasətçinin mədəniyyətimizi milli kimliyimizin təməl daşı kimi dəyərləndirdiyini vurğulayıblar.
Qeyd olunub ki, Ulu öndərin mədəniyyət sahəsinin inkişafı ilə bağlı uzaqgörən siyasəti nəticəsində Azərbaycanın mədəni irsi beynəlxalq təşkilatlarda tanınıb, ölkəmiz mədəniyyətlərarası dioloq və əməkdaşlıq məkanına çevrilib.

Heydər Əliyev Mərkəzində Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Rəna Məmmədova mərkəzin fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib.
Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva Ulu öndərlə görüşləri ilə bağlı xatirələrini bölüşüb.

Seçilən
0
6
publika.az

7Mənbələr