Bakı. Trend:
"Scandens Pharmaceutical İndustries LTD” MMC tərəfindən Abşeronrayonunun Hökməli qəsəbəsi ərazisində daha bir əczaçılıq zavoduinşa olunub və fəaliyyətə başlaması planlaşdırılır.
Trend xəbərverir ki, bu sözləri İqtisadiyyat nazirinin birinci müavini ElnurƏliyev Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıqsənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkəndeyib.
O bildirib ki, Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmişİsrailin “BioPharmax” şirkətinin istehsal binalarının tikintisiistiqamətində işlər davam etdirilir:
"Burada 50 adda tibbi məhsul, ilk növbədə insulin istehsalınəzərdə tutulur. Qeyd edim ki, iqtisadiyyatımızın diversifikasiyasıbaxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonası damərhələli şəkildə investorların istifadəsinə verilir. Ələt Azadİqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlərbura olan marağı artırır".
Elnur Əliyev vurğulayıb ki, artıq uzun müddətdir ki,Azərbaycanın əczaçılıq sektorunda fəaliyyət göstərən Türkiyənin“Nobel İlaç Sanayi ve Ticaret Anonim Şirkəti” tərəfindən ölkəmizdədərman zavodunun qurulması istiqamətində müzakirələr aparılır.
"Hesab edirik ki, sözügedən şirkətin əczaçılıq sektorunainvestisiyaları bu sahədə inkişafa öz töhfəsini verəcəkdir. Görülənişlərin nəticəsində Azərbaycanın əczaçılıq sektorunda son illərirəliləyişlər müşahidə edilməkdədir. Belə ki, 2024-cü ildə 20milyon manatlıq əczaçılıq məhsulu istehsal edilmiş, əvvəlki ilənisbətən 81,5% artım qeydə alınmışdır. O cümlədən, 2024-cü ildə 9milyon manatlıq dərman istehsal edilmiş, əvvəlki ilə nisbətən 4%artım qeydə alınmışdır" - deyə o əlavə edib.