“Mən bunu istisna etmirəm, bunu edəcəyimi demirəm. Amma bu halda heç nəyi də istisna etmirəm. Beynəlxalq təhlükəsizlik kontekstində Vaşinqtonun Qrenlandiyaya son dərəcə ehtiyacı var. Ada ABŞ-nin nəzarətinə keçərsə, hakimiyyət onun kiçik əhalisinə dəstək və qayğı göstərəcək”,- Amerika lideri jurnalistin Qrenlandiyanı ilhaq edərkən güc tətbiqinin mümkünlüyü ilə bağlı sualının cavabında deyib.
![]() |
Tramp:“Putin bütün Ukraynanı istəyir” |
- ABŞ Qrenlandiyanı almayacaq. Biz heç kimə məxsus deyilik. Biz gələcəyimizi özümüz müəyyən edirik. Biz Amerika prezidentinə Qrenlandiyanın bizim olduğunu aydın, dəqiq və sakit şəkildə göstərməliyik”,- baş nazir yazıb.
Daha əvvəl isə, Donald Tramp milli və beynəlxalq təhlükəsizlik baxımından ABŞ-nin Qrenlandiya üzərində nəzarətin yaradılmasında son dərəcə maraqlı olduğunu iddia etmişdi. O, bu prosesin dinc yolla gedə biləcəyini, lakin digər ssenariləri də istisna etmədiyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az