Bu gün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Cəbrayıl Könüllüləri” qrupuna qeydiyyatın elan olunması ilə bağlı mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Gənclər fondunun nümayəndəsi Yusif Vəliyev qeyd edir ki, Cəbrayıl könüllü qrupu da yaradılıb.
Eyni zamanda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramil Cabbarov qeyd edir ki, Dövlətin gənclər siyasətində könüllülük olduqca vacib proqramdır. Böyük Qayıdış prosesində insanlarımızın orada yerləşdirilməsində gənclərimiz xüsusi rol oynayır. Prezidentimizin qarşımıza qoyduğu hədəflər daimi şəkildə inkişaf etdirilir.