Xəbər verdiyimiz kimi, mayın 4-nə keçən gecə saat 04 radələrində Xaçmaz şəhər sakini 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq ölüb.
Viral.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, ilkin araşdırmalarla K.Abdullayevin intihar etdiyi müəyyən edilib. Bildirilib ki, son vaxtlarda onun internet oyunlarında iştirak səbəbindən xeyli borcu yaranıbmış.
unikal.az isə Kənan Abdullayevin FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olduğunu yazıb. O, ailəli və 1 uşaq atası imiş.
Son Yazılar:
- Özünü qatarın altına atan gənc FHN əməkdaşı İMİŞ
- “Skype” bu gündən fəaliyyətini DAYANDIRDI
- Həftəsonu bank kartlarından 46 min manat OĞURLANDI
Faktla bağlı araşdırmalar davam etdirilir.