İndiyə qədər Azərbaycanda sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb, 10 600-dən çox daimi iş yeri yaradılıb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
O həmçinin qeyd edib ki, ötən müddətdə sənaye zonalarından 16,2 milyard manatlıq məhsul satılıb, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib.