“AFB Bank” mikrokreditləri bahalaşdırıb, şərtləri isə sərtləşdirib.
“Yeni Sabah” xəbər verir ki, bank may ayından etibarən mikrokreditlər üzrə komissiyanı 1%-dən 1,3%-ə kimi artırıb.
Bundan əlavə, Bank mirkokreditlər üzrə maksimal kredit məbləğini 3 dəfə azaldaraq 300 min manatdan 100 min manata endirib. Həmçinin, mikrokreditlər üzrə müəyyən edilən maksimal müddət də 48 aydan 36 aya qədər azaldılıb.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i İsmayılov Hikmət Əbuzər oğluna, 0,18%-i Muradov Cəmil Tahir oğluna və 0,18%-i Hacıyev Toğrul Ülvi oğluna məxsusdur.
Telegram kanalımız