Əczaçılıq sahəsində daxili istehsalın gücləndirilməsi zəruridir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat nazirinin birincu müavini Elnur Əliyev mayın 5-də Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda bildirib.
O qeyd edib ki, təkcə 2024-cü ikdə 862 milyon manat dəyərində əczaçılıq məhsulu ölkəyə idxal olunub:
“İdxaldan asılılığımız çox böyükdür, bunun qarşısını almaq üçün investisiya cəlbi istiqamətində işlər görülür. Sahibkarlar tərəfindən sənaye zonalarına bu istiqamətdə 6,9 milyard manatdan çox investisiya yatırılıb”.