AZ

Ötən il Bakıda ümumtəhsil müəssisələrini 28203 şagird bitirib

BAKI, 5 may. TELEQRAF

Bakıda ümumtəhsil müəssisələrini 28203 şagird bitirib​. Onlardan 28115 nəfəri buraxılış imtahanında iştirak edib.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 28113 nəfər attestat alıb.

"Attestat alanların 77.61%-i (21819 nəfəri) I – IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 92.48%-i (26000 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 14225 məzunu (imtahanlarda iştirak edənlərin 54.71%-i) tələbə adını qazanıb. Onların 53.08%-i (7551 nəfəri) dövlət, 3.53%-i (502 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 31.36%-i (4461 nəfəri) dövlət, 12.03%-i (1711 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olub”.

Qeyd olunub ki, şəhərin məzunlarının 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr