AZ

Tamaş Torma: Macarıstan Azərbaycana ən çox dərman ixrac edən ölkələrdəndir

​BAKI, 5 may. TELEQRAF

"Macarıstanın Azərbaycana ixracının 49 faizini əczaçılıq məhsulları təşkil edir".

Teleqraf xəbər verir ki, bunu Macarıstan səfiri Tamaş Torma “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə deyib.

O bildirib ki, birbaşa xarici investisiyalar (FDI) baxımından Macarıstan Azərbaycanda yeddinci ən böyük investordur.

Onun sözlərinə görə, Mərkəzi Avropa regionundan Azərbaycana investisiya qoyan ölkələr arasında isə birinci sıradadır:

"Macarıstanın Azərbaycanın əczaçılıq sektoruna hələ investisiya yatırmamasına baxmayaraq, əczaçılıq məhsullarının ixracda böyük payı var".

Seçilən
0
teleqraf.com

1Mənbələr