AZ

“Real” onu satmağı planlaşdırır

Rodriqonun mövsümün sonunda “Real”dan ayrılmaq ehtimalı çoxdu. Rəhbərlik yayda futbolçunu satmağı planlaşdırır.

“Relevo”nun məlumatına görə, Madrid klubu braziliyalı futbolçu üçün start qiymətini 100 milyon avro müəyyən edib. Rodriqo ilə “Mançester Siti” və “Arsenal”ın maraqlandığı bildirilir. 24 yaşlı hücumçunun yayda “Real”a baş məşqçi təyin ediləcəyi gözlənilən Xabi Alonso ilə söhbət etmək, komandadakı rolunu öyrənmək istədiyi, bundan sonra qərarın veriləcəyi vurğulanır.

Bir neçə gün əvvəl yayılan xəbərlərdə Rodriqonun da az oyun şansı qazandığı üçün komandadan ayrılmaq istdiyi bildirilirdi.

Yeri gəlmişkən, o, bu mövsüm “Real”da bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Seçilən
0
football-plus.az

1Mənbələr