BAKI, 5 may. TELEQRAF
Rusiya müdafiə sənayesi Avropa İttifaqının (Aİ) müharibəyə hazırlığına görə yaxın 3-5 il ərzində liderliyini qoruyub saxlamalıdır.
Teleqraf xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Ekspert mümkün müharibə vəziyyətində Rusiyanın atmalı olduğu addımları açıqlayıb. Onun fikrincə, Aİ iqtisadiyyatı hərbi bazaya keçirilir, ona görə də Rusiya müasir silahların istehsalında liderliyini qoruyub saxlamalıdır, ortamənzilli ballistik raketlər və hava hücumundan müdafiə müdafiə sistemlərinin istehsalını artırmalıdır.
“Əslində bu, Qərb analitiklərinin 2030-cu ilə qədər gözlədiyi Rusiya və Avropa arasında real müharibəyə hazırlıq zamanı baş verir”, - Korotçenko vurğulayıb.