Macarıstanın Azərbaycana ixracının 49 faizini, yəni 33,3 milyon ABŞ dollarını əczaçılıq məhsulları təşkil edir.
Bunu “Report”a açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.
Diplomat vurğulayıb ki, birbaşa xarici investisiyalar (FDI) baxımından Macarıstan Azərbaycanda yeddinci ən böyük investordur. Mərkəzi Avropa regionundan Azərbaycana investisiya qoyan ölkələr arasında isə birinci sırada dayanır.
"Macarıstanın Azərbaycanın əczaçılıq sektoruna hələ investisiya yatırmamasına baxmayaraq, əczaçılıq məhsulları ixracda böyük paya sahibdir. Macar əczaçılıq şirkətləri və “Scandens Pharmaceutical Industries” ASC bu sahədə əməkdaşlıq imkanları axtarırlar”, - səfir qeyd edib.