Türkiyə I Liqasında 37-ci turun oyunları keçirilib.
Msport.az xəbər verir ki, azərbaycanlı futbolçular növbəti matçlarına çıxıblar.
Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” evdə “Yeni Malatyaspor”u 10:1 hesabı ilə darmadağın edib. Qarşılaşmanı əvəz olunmadan keçirən İsgəndərli 1 qol, 1 assistlə komandasın kömək edib.
Coşqun Diniyevin komandası “Çorum” isə doğma arenasında “Şanlıurfaspor”dan güclü olub – 2:1. Millimizin yarımmüdafiəçisi 83-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, hazırda “Boluspor” 58 xalla 8-ci, “Çorum” isə 54 xalla 10-cu pillədə qərarlaşıb.