AZ

AİB-in Özbəkistan üzrə direktoru Atom Elektrik Stanstiyası layihəsinə dəstəyin mümkünlüyü barədədanışıb

Milan. Trend:

Asiya İnkişaf Bankı Özbəkistanda atom elektrik stansiyasınıninşası layihəsinə dəstək imkanlarını yaxşıca təhlil etməlidir.

Trend xəbər verirki, bu barədə AİB-nin Özbəkistan üzrə direktoru Kanokpan Lao-Arayabankın Milanda keçirilən İllik iclası çərçivəsində jurnalistlərəaçıqlamasında bildirib.

“Atom enerjisinə gəlincə, heç şübhəsiz ki, bu AİB üçün yeniistiqamətdir. Biz gərək öz mövqeyimizi yenidən nəzərdən keçirək,belə ki, burada müəyyən risklər mövcuddur”, - o Cizak vilayətindəkikiçik AES layihəsi barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, AİB hələ ki, atom enerji sahəsində üzvdövlətlərdən heç birinə dəstək göstərməyib.

“Bu hələ də öyrənilmə mərhələsindədir. Qarşımızda xeyir vəxərclərin təhlilini aparmaq və nəticələri hökumətlə birgə müzakirəetmək vəzifəsi durur”, – Lao-Araya aydınlaşdırıb.

Bundan başqa, Cizak vilayətində kiçik atom elektrik stansiyasılayihəsi çərçivəsində ilk istehsalat obyektlərinin tikintisinəartıq başlanılıb. İşlər rəsmi olaraq 15 aprel tarixində enerjibloklarının inşası mərhələsində əsas rol oynayacaq infrastrukturbazasının yaradılması ilə start götürüb. Baza ərazisində inzibatibinalar, istehsalat sexləri, anbarlar və iri yığım sahələriyerləşəcək.

Özbəkistan və Rusiya arasında 2024-cü il mayın 27-də imzalanmışsaziş çərçivəsində, Cizak vilayətində ümumi gücü 330 MVt olan kiçikAES inşa ediləcək. Stansiya hər biri 55 MVt gücündə olan altıreaktordan ibarət olacaq.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr