“Hazırda mənim gözümdə yarımmüdafiə xəttində ən yaxşısı Pedridir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Real"ın sabiq futbolçusu Toni Kroos deyib. Kroos "Barselona"nın futbolçusunu tərifləməyə doymayıb:
"O, təkcə qol vurmur, həm də qol ötürməsi ilə kifayətlənmir. O, sizə həll yolları təklif edir. Mən Pedrinin bu mövsüm nə etdiyinə baxdım və təkcə Çempionlar Liqasında o, hər oyunda 52 rəqibi üstələyib. La Liqada isə bu, daha da ekstremaldı, hər oyunda 59 rəqibi üstələyib".