AZ

Aİ üç milyard avroluq rus aktivlərini müsadirə edib

Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı sanksiya siyahısında olan Rusiya iş adamları və şirkətlərinin təxminən 3 milyard avro dəyərində dondurulmuş aktivlərini müsadirə etməyə qərar verib.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, vəsait ötən il Rusiyada aktivlərinə həbs qoyulan Qərb investorlarına kompensasiya kimi paylanacaq. Bu addım Rusiyanın həyata keçirdiyi əks tədbirlərə aydın cavab hesab olunur.

Aİ-nin bu addımı Belçikadakı “Euroclear” depozitarında saxlanılan Rusiya mənşəli pul vəsaitlərini və qiymətli kağızları əhatə edir. Ümumi dəyəri 10 milyard avro civarında olan bu aktivlər arasından hansı hesablara həbs qoyulacağı hələlik bəlli deyil. Digər tərəfdən, Rusiya Mərkəzi Bankının Avropada dondurulan təxminən 200 milyard avro məbləğində ehtiyatlarına toxunulmayacaq. “Euroclear” bu fondlardan ödənişlərin apreldə başlayacağını açıqlayıb. Belçika hökuməti də mart ayında bu istiqamətdə lazımi hüquqi baza yaradıb.

Kreml Aİ-dən rusiyalı investorların dondurulmuş aktivlərinin qaytarılmasını tələb edirdi. Məlumata görə, Rusiya məhkəmələri “Euroclear”a qarşı 100-dən çox iş üzrə investorların xeyrinə qərar verib. Moskva son aylar “Euroclear”ın Rusiya ekvivalenti vasitəsilə təxminən 3 milyard avro dəyərində Qərb aktivlərinə həbs qoymaqla öz investorlarına kompensasiya ödəyib. Aİ-nin bu yeni qərarı ilə əslində qarşılıqlı “aktiv mübadiləsi” prosesi başlayıb. Başqa bir Avropa depozitarisi olan “Clearstream”də bir neçə yüz milyon avroluq Rusiya aktivlərinin oxşar müsadirəsi də gündəmdədir.

Seçilən
0
hafta.az

1Mənbələr