Mayın 1-də Suriyanın paytaxtı Dəməşqdə təhlükəsizlik qüvvələri ilə druz nümayəndələri arasında əldə olunan razılaşmada “silahların təhvil verilməsi” bəndi qüvvəyə minib.
Publika.az xəbər verir ki, bu barədə Şərqi Quta regional direktorunun müavini Məhəmməd Seyyid açıqlama verib.
O bildirib ki, bu çərçivədə paytaxt Dəməşqin Cermana məhəlləsində ağır silahların çatdırılması prosesi başlayıb: “Cermana xalqı, liderlər və din xadimləri bu prosesi aktiv şəkildə dəstəkləyir".
Eyni prosesin Səhnayə və Əşrəfiyyət Səhnayə məhəllələrində də davam etdiyi qeyd edilib.
Seyyid yaxın günlərdə yüngül silahların da gətiriləcəyini və çoxlu sayda insanın təhlükəsizlik qurumlarına qoşulmaq üçün qeydiyyatdan keçdiyini söyləyib.