AZ

iPhone 16 Pro 965 dollara satılır

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın MTS və M.Video – Eldorado pərakəndə satış şəbəkələri rublun möhkəmlənməsi səbəbindən iPhone qiymətlərində 10-15 faiz ucuzlaşma olduğunu açıqlayıb. Məsələn, ilin əvvəlində 100–105 min rubla (təxminən 1070–1125 dollar) satılan iPhone 16 Pro yazın əvvəlində 90 min rubla (təxminən 965 dollar) düşüb.

Hafta.az-ın yazdığına görə, texnoloji məzmun istehsalçısı və Wylsacom Red Telegram kanalının müəllifi Valentin Petuxovun sözlərinə görə, bu azalma həm məzənnə, həm də bazarın ilk dövründə müşahidə olunan süni qiymət artımının aradan qalxması ilə bağlıdır.

"İndi qiymətlər valyuta baxımından daha sabitdir. İlk aylarda yüksək tələbin yaratdığı qiymət inflyasiyası aradan qalxıb. Bundan əlavə, Rusiyada aqressiv endirim strategiyaları ilə bazarda qiymətlər daim dəyişir. iPhone telefonları anbarda saxlanmır ki, bu da bazardakı vəziyyəti anlamaq üçün yaxşı göstəricidir", - Petuxov bildirib.

Yeni iPhone almaq istəyənlərə Petuxov ehtiyatlı yanaşmağı tövsiyə edir. Payızda baza çıxarılcağı gözlənilən iPhone 17 seriyasının dizaynında böyük dəyişikliklər olacaq. Petuxov, yeni seriyanın nəhayət əsas modelə 120Hz ekran yeniləmə sürətini gətirəcəyinin gözlənildiyini söyləyib. Yeni modellərin iPhone 17, iPhone 17 Air, 17 Pro və 17 Pro Max olacağı gözlənilir.

Seçilən
0
hafta.az

1Mənbələr