Bakı. Trend:
Türk İnvestisiya Fondu Orta dəhlizin investisiya imkanlarınıdiqqətli izləyir.
Bunu Trend-ətəşkilatdan olan mənbələr bildirib.
“Türk dünyasının ilk ortaq maliyyə qurumu olan Türk İnvestisiyaFondu 2024-cü ilin noyabrında Türkiyə Respublikası ilə Ev SahibliyiSazişinin qüvvəyə minməsindən sonra rəsmi olaraq fəaliyyətəbaşlayıb. Həmin vaxtdan etibarən fond möhkəm institusionalstrukturun qurulmasına və iştirakçı ölkələrin hamısından ixtisaslımütəxəssislərdən ibarət komandanın formalaşdırılmasına fokuslanıb”,- fondan bildirilib.
Mənbələrin məlumatına görə, fond hazırda bütün maliyyəəməliyyatlarının əsasını təşkil edəcək, hərtərəfli İnvestisiyasiyasətinin formalaşdırılması üzərində çalışır. Həmin siyasətinfondun direktorlar şurası tərəfindən təsdiqlənməsindən sonra, oqurumun ticarətin və investisiya axınlarının inkişafı, regiondasahibkarlığa dəstək, və həm Türk dünyası daxilində həm də onunhüdudlarından kənarda əlaqələndirmə və iqtisadi inteqrasiyanıngücləndirilməsinə yönəlmiş investisiya fəaliyyəti üçün təməlolacaq.
Fond rəsmi olaraq investisiya fəaliyyətinə başlamasa da,iştirakçılar arasında artıq əməkdaşlıq aparılmaqdadır. Azərbaycandamilli inkişaf strategiyalarına uyğun gələn - infrastruktur,energetika, dayanıqlı kənd təsərrüfatı, regional əməkdaşlıq,Qarabağın bərpası, o cümlədən mümkün təkrar-maliyyələşmə sahələrinəaid layihələr müzakirə olunur.
“Anoloji danışıqlar digər iştirakçı ölkələr, o cümlədənMacarıstan, Qazaxıstan , Qırğızıstan, Türkiyə və Özbəkistanlaaparılır. Fond əsas diqqəti potensial əməkdaşlıq istiqamətlərininvə prioritet sahələrin müəyyənləşdirilməsinə yönəldib, habelə, eynizamanda dayanıqlı inkişaf və “yaşıl” iqtisadiyyata keçidə də xüsusiönəm verilir. Ələlxüsus, fond Asiya və Avropa mühüm ticarətmarşrutu kimi strateji əhəmiyyət qazanan Orta Dəhlizlə (Trans-XəzərBeynəlxalq Nəqliyyat Marşrutu) əlaqədar perspektivləri diqqətləizləyir”, - təşkilatdan vurğulanıb.
Qeyd olunur ki, bu yaxınlarda 600 milyon dollara qədərqaldırılmış nizamnamə kapitalı, fəaliyyətinə yeni başlamış təşkilatüçün güclü başlanğıc nöqtəsi hesab olunur.
Təşkilat gələcəkdə bu rəqəmin artacağını gözləyir. Bu isə yeniölkələrin qoşulması və kapitalın səfərbər olunması, o cümlədənmilli və beynəlxalq maliyyə institutları ilə birgə maliyyələşdirmətərəfdaşlıqları hesabına mümkün olacaq. Bu tərəfdaşlıqlar fondatəsir dairəsini genişləndirmək və “Türk dünyasının inteqrasiyaolunmuş rifahı” missiyasını yerinə yetirmək imkanı verəcək.
Mənbələrin sözlərinə görə, davamlı inkişaf fondun stratejiproqramının mərkəzində yer alacaq. Təşkilat ekoloji dayanıqlığınartırılmasına, iqtisadi inklüzivliyə və məsuliyyətli inkişafayönəlmiş layihələri dəstəkləməyə sadiqdir.
O da qeyd olunur ki, fond bərpaolunan enerjidən tutmuştransregional ticarət və logistikaya, iqlim yönümlü kəndtəsərrüfatı və səmərəli su təchizatına qədər, -uzunmüddətlidəyərlərin yaradılmasına hədəflənib. Eyni zamanda fondTürk Dövlətləri Təşkilatı çərçivəsində Quraqlığın qarşısınınalınması institutu kimi regional təşəbbüsləri dəstəkləyir və aktivolaraq iqlim məsələləri ilə bağlı çoxtərəfli forumlarda iştirakedir.
"Yaxın gələcəkdə üzvlük genişlənməsi ilə bağlı konkret planlarolmasa da, fond onun prinsiplərini bölüşən digər ölkələr vətəşkilatlarla əməkdaşlığa açıqdır. Eyni zamanda, əsas diqqəthazırkı iştirakçı ölkələrdə hiss olunan sosial-iqtisadi nəticələrinəldə edilməsinə yönəlib. Fond, iqtisadi tərəfdaşlığın konkretnümunəsi olaraq, 2025-ci il fevralın 14-də Bakıda keçirilən biznesforum çərçivəsində Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI)ilə Anlaşma Memorandumu imzalayıb", – fondun nümayəndələribildiriblər.
Mənbələr bildirirlər ki, beynəlxalq əməkdaşlqı fondun əsasprioritetlərindən biri olaraq qalmaqdadır. Həmkarlar ittifaqları,ticarət palataları və inkişaf agentlikləri ilə tərəfdaşlıq fondaregional iqtisadi inteqrasiyanı gücləndirməyə və trans-sədrhədinvestisiyalara vasitəçilik etməyə imkan verəcək.
“Uzunmüddətli perspektivdə Türk İnvestisiya Fondu Türk aləmindəflaqman iqtisadi əməkdaşlıq institutuna çevrilməyə - təkcəiştirakçı-ölkələrdə inkişafa dəstək olan yox, həm də regiondaqlobal iqtisadi iştirakı gücləndirən bir platforma olmağa canatır.,” –deyə fonddan bildiriblər. Onun strateji mandatı, artankapital bazası və dayanıqlı inkişafa sadiqliyi ilə fond türkregionunda çiçəklənmənin və inteqrasiyanın əsas hərəkətvericiqüvvəsinə çevriləcək,” – fondan əlavə olunub.