Türkiyənin İstanbul şəhərində keçirilmiş gənclər arasında Avropa Kuboku başa çatıb.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan cüdoçuları daha 4 medal qazanıblar.
90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev keçirdiyi 5 görüşün hamısında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finalda cüdoçumuz Qazaxıstan təmsilçisi Qleb Azarova qalib gəlib.
Mehdi Abbasov (-81 kq), Ramazan Əhmədov (+100 kq) və Xədicə Qədəşova (-52 kq) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, yarışın ilk günündə Nizami İmanov (-66 kq) qızıl, Nihad Məmişov və Fərid Qarayev (hər ikisi -60 kq) isə bürünc medala sahib olublar.
Ümumilikdə, Azərbaycan yığması İstanbul Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vuraraq 31 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.
“Böyük Dəbilqə”: 3 cüdoçumuz finalda
Qubada cüdo üzrə Avropa kubokuna bu gün yekun vurulacaq
Təmsilçilərimiz Avropa Kubokunun ilk günündə 3 medal qazanıb
İlk gündə 12 medal
Vüsal Qələndərzadənin durumuna aydınlıq gəldi