AZ

Pakistan BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir

Pakistanın BMT-dəki Daimi Nümayəndəliyi yazılı açıqlamasında "Hindistan və Pakistan arasında artan gərginlik və xüsusilə Cammu və Kəşmirdəki vəziyyət regional və beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradır" deyib.

Turkustan.az xəbər verir ki, Pakistanın BMT Təhlükəsizlik Şurasının qapalı iclasda təcili toplanması üçün rəsmi tələb etdiyi və Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhmədin görüşdən sonra mətbuata açıqlama verəcəyi bildirilib.

Görüşün mayın 5-də (bu gün) yerli vaxtla saat 15:00-da baş tutacağı gözlənilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
turkustan.az

1Mənbələr