AZ

Leopard 20 yaşlı qızı parçaladı

Hindistanda növbəti dəfə leopard dəhşəti yaşanıb. "The Times of India”nın yaydığı məlumata görə, bir qız gözlənilmədən evinin yanında bəbirlə qarşılaşıb. O, vəhşi heyvanla mübarizə aparsa da, xilas ola bilməyib. 


Nəşrin məlumatına görə, Payal Çavan adlı 20 yaşlı qız axşam saatlarında mal-qarası üçün ot biçirmiş. 

"Lakin bir anda yırtıcı ona arxadan hücum edib. Heyvan qurbanını sürüyərək ərazidən uzaqlaşdırmağa çalışsa da, onun qışqırtı səsi ailə üzvlərinin diqqətini çəkib və onlar qızı xilas etməyə tələsiblər. Bunu görən bəbir yaralı qızı buraxaraq qaçıb", - nəşr yazıb.


Payal Çavan xəstəxanaya aparılıb. Tibb müəssisəsinin hadisə yerinə yaxın olmasına baxmayaraq, zərərçəkmiş artıq çoxlu qan itiribmiş. Mütəxəssislər məhz bu səbəbdən onu xilas edə bilməyiblər.

Meşə idarəsinin əməkdaşlarının sözlərinə görə, həmin ərazidə tez-tez bəbirlərə rast gəlinir. Eyni zamanda, yırtıcıların gizlənə biləcəyi çoxlu sayda su mənbələri və sahələr də var.

Tural

Seçilən
0
news365.az

1Mənbələr