Mayın 4-də Ağ Evin rəsmi "X" və İnstaqram hesablarında diqqət çəkən maraqlı paylaım edilib. Ağ Ev prezident Donald Trampın əzələli Jedi obrazında portretini dərc edib. Çünki həmin gün məşhur "Ulduz müharibələri" filminin pərəstişkarları franşizanın illik ənənəvi bayramını qeyd edirlər.
Süni intellektlə yaradılmış portretdə Trampın Amerika bayraqları və iki qartal fonunda lazerli qılıncıyla poza verməsi göstərilir.
Paylaşımda qəribə bayramı qeyd edən hər kəsin 4 mayı təbrik edilib.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp özünü Roma Papasına oxşatmışdı. O Papanın geyimində olan fotosunu “Truth” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Bundan bir neçə gün öncə isə sonunda Tramp zarafatla yeni Papa olmağa hazır olduğunu bildirmişdi.“Mən Roma Papası özüm olmaq istərdim. Bu, mənim ilk seçimim olardı. Amma bizim Nyu Yorkdan çox yaxşı bir kardinalımız var”, - deyə o gülümsəyərək bildirib.
Tural