AZ

Kriptovalyuta bazarının son göstəriciləri

Mayın 5-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti azalıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:10-da “CoinMarketCap” platformasında son 24 saatda 1.59% ucuzlaşaraq 94 396 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.89% azalaraq 1803 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.76%, BNB isə 1.48% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Seçilən
0
38
apa.az

10Mənbələr