Bakı. Trend:
Qubada avtomobil idarətmədən çıxaraq yolun kənarındakı mənaeyədəyib, sürücü xəsarət alıb, sərnişin ölüb.
Trend-in əldəetdiyi məlumata görə, hadisə mayın 4-ü saat 00:00 radələrində Qubaşəhəri, Heydər Əliyev prospektində baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü İbrahimov Heydər Telman oğluidarə etdiyi "Land Cruiser" markalı avtomobillə hərəkətdə olarkənidarəetməni itirməsi nəticəsində avtomobili yolun kənarında olanmeneəyə dəyib və nəticədə sürücü "açıq kəllə beyin travması solkörpücük sümüyünün sınığı” xəsarətləri alıb, avtomaşında sərnişinqismində olan Beylaqan rayon sakini 2000-ci il təvəllüdlü YusifliYusif Cabir oğlu hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Quba RPŞ-nin İstintaq bölməsində CinayətMəcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqaparılır.