BAKI, 5 may. TELEQRAF
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.66% artaraq 3,264.85 ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.42% artaraq 32.395 ABŞ dolları təşkil edib.