AZ

Tramp 62 il sonra amansız cinayətkarlara MEYDAN OXUDU

ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının San-Fransisko sahillərində Alkatraz adasında təhlükəli cinayətkarların saxlanması üçün maksimum mühafizə olunan federal həbsxananın 62 ildən sonra yenidən qurulması və yenidən açılması barədə göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində məlumat verib.

"Biz keçmişdə daha ciddi bir millət olanda xəsarət yetirəcəkləri insanlardan uzaqlaşdırmaq üçün bu təhlükəli cinayətkarları qapalı tutmaqdan çəkinmirdik. Mən Həbsxanalar Bürosuna Ədliyyə Departamenti, FTB və Daxili Təhlükəsizlik Departamenti ilə birlikdə Amerikanın ən amansız və qəddar cinayətkarlarının saxlanılması üçün Alkatraz həbsxanasını yenidən açmağa, genişləndirməyə və bərpa etməyə göstəriş verirəm", - ABŞ lideri yazıb..

Tramp həbsxananın yenidən açılmasının qanun, nizam və ədalətin simvolu olacağını deyib.

Seçilən
0
publika.az

1Mənbələr