Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.
Ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd alışdırıcı və 7 ədəd “Kalaşnikov” avtomatına məxsus patron aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.