AZ

Zaqatalada “Mercedes” ağaca çırpılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinəZaqatala rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsinin başverməsi ilə bağlı xilasedici köməyinə ehtiyac yaranması barədəməlumat daxil olub.

Trend xəbər verirki, bu barədə FHN məlumat yayıb.

Hadisə ilə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətininmüvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı məlum olub ki,“Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıbvə bir nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilərin həyata keçirdiyi tədbirlər nəticəsində həminşəxsin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvilverilib.

Seçilən
0
az.trend.az

1Mənbələr