“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo klubdakı taleyi ilə bağlı açıqlama verib.
Futbolpress.az xəbər verir ki, Super Liqada “Beşiktaş”a məğlub olduqları (0:1) oyundan sonra danışan portuqaliyalı mütəxəssis bunları deyib:
“Klub rəhbərliyinə və prezidentə böyük hörmətim var. Ona görə daxili məsələmizi burda danışmayacağam”.
“Fənərbağça” Super Liqada 75 xalla ikincidir və sona 4 tur qalmış lider “Qalatasaray”dan 8 xal geri qalır.