AZ

Tramp “Alkatras” həbsxanasının yenidən açılmasına göstəriş verib

ABŞ Prezidenti Donald Tramp Federal Həbsxanalar Bürosuna San-Fransisko körfəzindəki Alkatras adasındakı xüsusilə təhlükəli cinayətkarlar üçün həbsxananı yenidən açmağı əmr edib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidenti amerikalılara “Truth sosial” şəbəkəsində məlumat verib.

“Biz artıq öz işlərini görməkdən qorxan və ölkəmizə qanunsuz daxil olmuş cinayətkarları deportasiya etməyə imkan verən cinayətkarlar, quldurlar və hakimlərin girovluğunda olmayacağıq”, deyə Donald Tramp yazıb və əlavə edib ki, “Alkatras”ın əhəmiyyətli dərəcədə genişləndirilməsi və yenidən qurulması əmrini verib.

Federal Həbsxanalar Bürosu, Ədliyyə Departamenti, FTB və Daxili Təhlükəsizlik Departamenti həbsxananın yaxın zamanda açılması üçün çalışacaq.

Qeyd edək ki, “Alkatras” həbsxanası 1963-cü ilin martında bağlanıb. Rəsmi versiyaya görə, bu, adada məhbusların saxlanması xərclərinin çox yüksək olduğu üçün edilib. Həbsxana təxminən 3-5 milyon dollar məbləğində təmir tələb edir.

Poliqon.info

Seçilən
0
1
poliqon.info

2Mənbələr